Azərbaycanın olimpiya mükafatçısı üçüncü dəfə ali təhsil almaq istəyir

Azərbaycanın olimpiya mükafatçısı üçüncü dəfə ali təhsil almaq istəyir Azərbaycanın keçmiş boksçusu Vüqar Ələkbərov üçüncü ali təhsil almaq istəyir.
Fərdi
25 Sentyabr , 2020 13:21
Azərbaycanın olimpiya mükafatçısı üçüncü dəfə ali təhsil almaq istəyir
Vüqar Ələkbərov

Azərbaycanın keçmiş boksçusu Vüqar Ələkbərov üçüncü dəfə ali təhsil almaq istəyir.

"Report"un məlumatına görə, bu barədə veteran idmançı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə birgə təşkil etdiyi videokonfrans zamanı deyib.

İndiyədək iki universitet bitirdiyini xatırladan Sidney-2000 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı üçüncü ali təhsil kimi ADBTİA-nı bitirmək istədiyini söyləyib. O, özünə ən azı qiyabi təhsil imkanı yaradılmasını xahiş edib.

Rektor Fuad Hacıyev isə Ələkbərovun xahişini təmin etməyə çalışacağını bildirib.

Qeyd edək ki, Vüqar Ələkbərov olimpiadanın boks yarışlarında medal qazanan ilk azərbaycanlı idmançıdır. O, 2000-ci ildə Mingəçevir Politexnik İnstitutunun (hazırkı Mingəçevir Dövlət Universiteti), 2005-ci ildə isə Bakı Dövlət Universitetinin məzunu olub.

Son xəbərlər

Orphus sistemi