Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.
Fərdi
187
10 Noyabr , 2021 15:05
Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

Bu barədə "Report"a 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb".

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qarabağ" həndbol klubunun prezidentidir.

Son xəbərlər

Orphus sistemi