Azərbaycanın olimpiya çempionu: "Finaldakı rəqibim güclü olsa da, çox rahat qalib gəldim"

Azərbaycanın olimpiya çempionu: "Finaldakı rəqibim güclü olsa da, çox rahat qalib gəldim" Bakı. 15 oktyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov qələbəsini şərh edib.
Fərdi
15 Oktyabr , 2018 12:31
Azərbaycanın olimpiya çempionu: Finaldakı rəqibim güclü olsa da, çox rahat qalib gəldim
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov qələbəsini şərh edib.

“Report” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində birinci yeri tutan idmançı çempionluq yolunda ciddi çətinliklə üzləşmədiyini bildirib: “İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da güclü keçmədi. Finaldakı rəqibim güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsin, Gənclər və İdman Nazirliyinə, eləcə də federasiyamıza təşəkkür edirəm”.

Qeyd edək ki, T.Bayramov yeni zelandiyalı Tahi Pehi Eynsli Uesterli 10:0, pakistanlı İnayət Ullahı 8:0, finalda isə iranlı Məhəmməd Baqi Kərimiseyfabadı 6:1 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçilərindən daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi