Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və gənclər və idman naziri iştirak edib
Fərdi
7 Aprel , 2015 18:16
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. "Report"un məlumatına görə, imzalanma mərasimi "Fairmont" otelində keçirilib.

Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi