Yuxarı

Azərbaycanın iki qadın boksçusu dünya çempionatında ən azı bürünc medalı təmin edib

Yana Alekseyeva və Yelena Vıstropova yarımfinala yüksəlib

Bakı. 21 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində keçirilən qadınlar arasında dünya çempionatında Azərbaycanın iki boksçusu medalı təmin edib. "Report"un məlumatına görə, yarımfinala vəsiqə qazanan Yana Alekseyeva (60 kq) və Yelena Vıstropovanın (69 kq) nüfuzlu yarışı ən azı bürünc medalla başa vuracağı müəyyənləşib. 

Vıstropova ¼ finalda ABŞ təmsilçisi Danielle Volfu yenib - 2:1. Avropa çempionu yarımfinalda panamalı Asena Bilonla qarşılaşacaq. Alekseyeva isə ¼ finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Onun növbəti rəqibi fransalı Estell Mosseli olacaq. Azərbaycanın daha bir təmsilçisi Anna Əlimardanova (54 kq) ¼ finalda türkiyəli Ayşə Taşa 0:3 hesabı ilə uduzaraq, medal şansını itirib. 

Qeyd edək ki, yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi