Yuxarı

Azərbaycanın iki idmançısı paralimpiadanın finalına yüksəlib

Qadınların mübarizəsində isə Səbinə Abdullayeva medalsız qalıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında iştirak edən cüdoçu Ramil Qasımov daha finala yüksəlib. 

"Report"un məlumatına görə, paralimpiyaçı 73 kq çəkidə gedən mübarizənin qızıl medalçısını müəyyən etmək üçün ukraynalı Dmitro Solovey və özbəkistanlı Feruz Sayidov arasında keçirilən döyüşün qalibi ilə tatami üzərinə çıxacaq.

81 kq-da çıxış edən Rövşən Səfərov aktivinə bürünc medal qazandıra bilər. Bunun üçün o, 2 qələbə qazanmalıdır. R.Səfərovun təsəlliverici görüşdəki rəqibi argentinalı Xose Effrondur.

Qadınların mübarizəsində isə Səbinə Abdullayeva medalsız qalıb. O, 57 kq-da gedən mübarizənin təsəlliverici görüşündə Çin paralimpiyaçısı Liyinq Vanqa uduzub.

Bundan başqa, atletika yarışında çıxış edən Yelena Çebanu da adını finala yazdırıb. O, 100 metr məsafəni 11.81 saniyəyə qət edib.

Atıcılıq yarışlarında iştirak edən Yelena Taranova isə paralimpiadanı 4-cü pillədə tamamlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi