Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.
Fərdi
2 İyun , 2019 16:03
Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Marina NekrasovaNikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.

Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.

Son xəbərlər

Orphus sistemi