Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub
Fərdi
- 29 noyabr, 2023
- 16:43
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.
Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) gümüş, Nərgiz Səmədova (55 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, təmsilçilərimiz günü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Son xəbərlər
05:53
Rubio ABŞ-nin Milli Arxivinin müdiri vəzifəsinin səlahiyyətlərini təhvil verib
Digər ölkələr05:28
Mikelancelonun eskizi 27,2 milyon dollara satılıb
İncəsənət05:13
Rumıniyanın müdafiə naziri: "Dron divarı" ideyası utopiyadır
Digər ölkələr04:48
İqtisadi çətinliklər və yenidənqurma ABŞ-də rekord sayda işdən çıxarılmaya səbəb olur
Digər ölkələr04:36
Kerolayn Livitt: Trampın İrana yanaşması yalnız diplomatik olmaya bilər
Digər ölkələr04:22
ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalar Ukrayna üzrə danışıqlardan asılıdır
Digər ölkələr03:57
ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə çağırıb
Digər ölkələr03:47
Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq
Digər ölkələr03:19