Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq Azərbaycanın iki yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatıında bürünc medal uğrunda görşüə çıxacaq.
Fərdi
3 Sentyabr , 2024 21:22
Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Azərbaycanın iki yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatıında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report" xəbər verir ki, Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) mundialın finalına vəsiqə qazana bilmədiyi üçün üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.

Təvəkgül Həziyev (67 kq), İsmayıl Rzayev (82 kq) və Mikayıl İsmayılov (97 kq) isə məğlub oalraq mübarizəni dayandırıblar.

Son xəbərlər

Orphus sistemi