Azərbaycanın güllə atıcılığı üzrə paralimpiyaçıları Hannoverdə daha 2 medal qazanıblar
Fərdi
- 03 may, 2023
- 15:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə milli komandasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.
"Report"un məlumatına görə, odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov ikinci yeri, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında 3-cü pilləni tutub.
Qeyd edək ki, turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır.
Azərbaycan təmsilçilərindən Aybəniz Babayeva 10 m, Yelena Taranova 10 m və 25 m, Rafiq Əliyev 25 m, Kamran Əliyev isə 50 m məsafəyə atışda mundiala vəsiqə əldə ediblər.
Son xəbərlər
15:00
Azərbaycan–Hindistan münasibətləri: siyasi dialoqun fəallaşması əməkdaşlıq perspektivlərini genişləndirir
Analitika
15:00
Rusiya və Ukrayna "270-in 270-ə" formulu ilə əsirləri mübadilə ediblər
Digər ölkələr
14:56
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
Xarici siyasət
14:48
Hüseyn Hüseynov: "DİM-in lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib"
Biznes
14:45
Azərbaycanın Avstraliyadan qoyun ətinin alışına çəkdiyi xərc 6 dəfəyədək artıb
Biznes
14:45
Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin prezidenti seçilib
Fərdi
14:43
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
Mədəniyyət siyasəti
14:41
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb
Hadisə
14:36
Foto
Azər Məmmədov Ağcabədidə vətəndaş qəbulu keçirib
Energetika