Azərbaycanın yunan-Roma güləşi millisinin baş məşqçisi: "Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin"

Azərbaycanın yunan-Roma güləşi millisinin baş məşqçisi: "Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin" Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin.
Fərdi
14 aprel 2025 22:15
Azərbaycanın yunan-Roma güləşi millisinin baş məşqçisi: Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin

Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin.

Bunu “Report”a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.

Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:

"Yunan-Roma, sərbəst və qadınlardan ibarət güləş yığmalarını təbrik edirəm. Bizə göstərdikləri dəstəyə görə Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Məşq etməyimiz və beynəlxalq turnirlərə qatılmağımız üçün lazımi şərait yaradılıb. Güləşçilərimiz Slovakiyada çox yaxşı çıxış etdilər. Bunun nəticəsi olaraq müxtəlif əyarlı medallar qazandılar. Bununla belə, dayanmaq fikrimiz yoxdur".

O, sentyabrda Xorvatiyada keçiriləcək dünya çempionatında da uğur qazanmaq istədiklərini söyləyib:

"Qarşıda bizi mundial gözləyir. Bu yarışa da ciddi hazırlaşacağıq. Avropa çempionatındakı uğurlu çıxışın davamını gətirmək istəyirik. Lakin əsas hədəf 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Heyətdə yer alan güləşçilərin gənc olmaları da qarşıdakı olimpiadaya daha inamlı hazırlaşa bilməyimiz üçün hesablanıb".

Qeyd edək ki, təmsilçilərimiz yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Son xəbərlər

Orphus sistemi