Yuxarı

Avropa çempionatında çıxış edəcək Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasının heyəti açıqlanıb - SİYAHI

Milli komanda yarışa 16 idmançı ilə yollanıb

Varşava. 9 sentyabr REPORT.AZ/ Sentyabrın 10-da Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, qitə birinciliyində Azərbaycanın ağırlıqqaldırma yığmasının üzvləri də iştirak edirlər.

Milli komanda yarışa 16 idmançı ilə yollanıb. Ağır atletlər 13 çəkidə mübarizə aparacaqlar.

Yeniyetmə qızların mübarizəsində Gülbəniz Nəzərli (44 kq), Şəfa Fərəcova (48 kq), Lalə Rzazadə (53 kq), Fidan Hüseynzadə (63 kq), oğlanlardan Novruz Muxtarlı, Rüstəm Qasımov, İsa Həsənli (hamısı 50 kq), Elməddin Hüseynov (56 kq), Fuqan Əliyev (62 kq), Əlimərdan Alxasov, Tarmenxan Babayev (hər ikisi 69 kq) çıxış edəcək. 

Gənclərin yarışına gəldikdə, qızlar arasında Səbinə Əzimova (48 kq), Fidan Əbdürəhmanova (69 kq), oğlanlardan isə İsmayıl Məmmədov (56 kq), İsa Rüstəmov (62 kq), Kamran Ağalarov (77 kq) qüvvəsini sınayacaq. 

Sentyabrın 17-dək davam edəcək Avropa çempionatında 30 ölkədən 360 idmançı medallar uğrunda mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi