"Mən artıq 2020-ci ildə Lozanna şəhərində baş tutan yeniyetmələr arasında Qış Olimpiya Oyunlarında Azərbaycanın adından çıxış etmişəm".
"Report"un məlumatına görə, bunu Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edəcək fiqurlu konkisürən Yekaterina Ryabova deyib.
O, həmkarı Vladimir Litvintsevlə birlikdə olimpiadada iştirak edəcəkləri üçün çox şad olduqlarını bildirib: "Səylə Oyunlara hazırlaşırıq. Bu gün biz də Azərbaycanın Qış Olimpiya Oyunlarındakı rəsmi forması ilə tanış olduq. Hamıya uğurlar və möhkəm cansağlığı arzulayırıq".