Azərbaycanın dünya və Avropa çempionu: "Erməniləri görəndə "Sarı gəlin" oxuyuram"

Azərbaycanın dünya və Avropa çempionu: "Erməniləri görəndə "Sarı gəlin" oxuyuram" Hacı Əliyev: "Onları məğlub etmək çox gözəl hissdir"
Fərdi
18 Noyabr , 2014 12:06
Azərbaycanın dünya və Avropa çempionu: Erməniləri görəndə Sarı gəlin oxuyuram

Bakı. 18 noyabr. REPORT.AZ/ "Musiqini həm dinləməyə, həm də oxumağa həvəsim var. Arabir özüm də zümzümə etməyi xoşlayıram". "Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə 2014-cü ilin dünya və Avropa çempionu Hacı Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

23 yaşlı pəhləvan müsahibə zamanı "Sarı gəlin" mahnısını zümzümə edərək, əminliklə bildirib ki, bu, Azərbaycana məxsus musiqidir: "Beynəlxalq yarışlar zamanı Ermənistan yığması ilə eyni hoteldə olduğumuz vaxt onların eşitməsi üçün dəhlizlərdə, otaqda, liftdə "Sarı gəlin"i ifa edirəm. Qoy, eşitsinlər ki, bu mahnı onlara yox, bizə aiddir".

Hacı Əliyev indiyədək 2 dəfə üz-üzə gəldiyi və qələbə qazandığı Ermənistan güləşçiləri ilə görüşlərindən də danışıb. O bildirib ki, ermənilərlə qarşılaşmalarında yalnız qələbəyə köklənir: "İstər zəif, istər güclü olsun, erməni rəqiblərlə döyüşlərdə adama elə hiss gəlir ki, uduzmaq istəmirsən. Ermənini yalnız udmağa çalışırsan. Düzdür, çəkinmirsən. Amma necə də olmasa, qarşındakı düşməndir. Ona qalib gəlmək istəyirsən. Ermənini məğlub etmək çox gözəl hissdir. Bunu onlara qalib gələn idmançılarımız daha gözəl bilirlər".

Qeyd edək ki, Hacı Əliyev bu il Finlandiyanın Vantaa şəhərində keçirilmiş Avropa çempionatında və Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş dünya çempionatında 61 kq çəki dərəcəsində qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi