Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib

Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib.
Fərdi
7 Noyabr , 2024 10:28
Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib.

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 36 dövlət qurumundan 114 əməkdaş iştirak edib.

Yekun nəticələrə görə, qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Məmmədova (Fövqəladə Hallar Nazirliyi) və Nigar İsmayılova (DİN) növbəti pillələrdə yer alıblar.

Kişilər arasında İlham Səfərov (DİN) birinci olub. Ayaz Kərimov (Azərbaycan Hava Yolları) yarışı ikinci, Zülfüqar Babayev (DİN) isə üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, yarış noyabrın 6-da keçirilib.

Son xəbərlər

Orphus sistemi