Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur Türkan Nəsirova, Leyla Qurbanova, Tatyana Omelçenko və Elis Manolova Parisdə medal qazanmağa çalışacaqlar
Fərdi
24 Avqust , 2017 12:49
Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

Bakı. 24 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq. 

“Report” xəbər verir ki, dördüncü yarış günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 

Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

48 kq

1/8 final. Patrisia Alexandra Bermudez (Argentina) - Türkan Nəsirova (B xalçası)

53 kq

1/16 final. Leyla Qurbanova - Sumeyya Zeybek Sezer (Türkiyə) (D xalçası)

60 kq

1/16 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) (A xalçası)

69 kq

1/8 final - Elis Manolova - Anastasia Bratçikova (Rusiya) (D xalçası)

Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb. Avqustun 23-də yarışan 3 qadın güləşçidən heç biri medal əldə edə bilməyib. 

Son xəbərlər

Orphus sistemi