Azərbaycanın daha bir velosipedçisi Türkiyə klubuna keçib

Azərbaycanın daha bir velosipedçisi Türkiyə klubuna keçib Qurbanov yeni komandasının heyətində debüt edib
Fərdi
31 Yanvar , 2022 13:24
Azərbaycanın daha bir velosipedçisi Türkiyə klubuna keçib

Şose velosipedi üzrə Azərbaycanın U-23 millisinin üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.

"Report" xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında paylaşım olunub.

Qurbanov yeni komandasının heyətində debüt edib. Velosipedçi yanvarın 30-da Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.

Qeyd edək ki, 21 yaşlı idmançı “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın 2-ci velosipedçisidir. Elit yığmanın kapitanı Elçin Əsədov artıq 2-ci mövsümdür ki Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi