Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazanıb - VİDEO

Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazanıb - VİDEO Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığmasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.
Fərdi
13 Sentyabr , 2019 11:52
Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazanıb - VİDEO

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığmasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, İngiltərənin paytaxtı Londonda keçirilən mundialın 5-ci günündə idmançı brass üsulu ilə mübarizə aparıb. O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə, İsrafilov lisenziya xalları toplayaraq "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb. 17 yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandanın digər üzvü Roman Saleh çıxış edib. O, arxası üstə üzmə yarışında 2-ci yeri tutaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda  3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Beləliklə, Azərbaycanın komandası "London 2019" paraüzgüçülük üzrə dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb

Son xəbərlər

Orphus sistemi