Azərbaycan güləşçisi 42 saniyəyə Avropa çempionu olub

Azərbaycan güləşçisi 42 saniyəyə Avropa çempionu olub Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
13 Mart , 2022 21:32
Azərbaycan güləşçisi 42 saniyəyə Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 125 kq-da rəqib Yunanıstan təmsilçisi Azamat Xosonov olub.

Qarşılaşmadan 7:3 hesabı ilə qalib ayrılan Əhmədov Avropa üçüncüsü olub.

Bununla da sərbəst güləş üzrə Azərbaycan milli komandası yarışı 4 qızıl və 3 bürünc medalla başa vurub.

21:02

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

20:40

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.

Rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi