Azərbaycan cüdo millisi dünya çempionatında medallarının sayını üçə yüksəldib

Azərbaycan cüdo millisi dünya çempionatında medallarının sayını üçə yüksəldib Azərbaycan cüdoçusu Aydan Vəliyeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.
Fərdi
25 Avqust , 2022 19:25
Azərbaycan cüdo millisi dünya çempionatında medallarının sayını üçə yüksəldib

Azərbaycan cüdoçusu Nicat Nağıyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində onun rəqibi İtaliya təmsilçisi Federiko Bozis olub.

Nağıyev 38-ci saniyədə ippona düşərək medalsız qalıb.

Bununla da Azərbaycan dünya çempionatının ikinci günündə 2 medal qazanıb. Aydan Vəliyeva (48 kq) və Nizami İmranov (60 kq) bürünc medala sahib çıxıblar.

18:35

Azərbaycan cüdoçusu Nizami İmranov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində rəqib Fransa təmsilçisi Dayyan Bulemtafes olub.

İmranov rəqibinə vaza-ari fəndi ilə qalib gələrək Azərbaycana üçüncü medalı qazandırıb.

18:17

Azərbaycan cüdoçusu Aydan Vəliyeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində rəqib macarıstanlı Luka Veq olub.

Vəliyeva rəqibinə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi