Qətərin paytaxtı Dohadakı dünya çempionatında Azərbaycanın daha bir atleti finala yüksəlib. "Report"un məlumatına görə, bu, üç təkanla tullanma yarışında baş verib.
Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Kubalı legioner adını həlledici mərhələyə yazdırıb.
Əvəzində qapalı manejdə Avropa çempionu Nazim Babayev 16,65 metr nəticə ilə 19-cu olub və 12 finalçı arasına düşə bilməyib.
Qeyd edək ki, daha əvvəl çəkicatma yarışında Anna Skidan da finala vəsiqə qazanıb.