Azərbaycanın daha bir ağır atleti Avropa üçüncüsü olub

Azərbaycanın daha bir ağır atleti Avropa üçüncüsü olub İsmayıl Məmmədov yığmanın aktivinə bürünc medal yazdırıb
Fərdi
12 Sentyabr , 2016 01:22
Azərbaycanın daha bir ağır atleti Avropa üçüncüsü olub

Varşava. 12 sentyabr. REPORT.AZ/ Polşanın Novı Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin ikinci günü mübarizəyə daha iki ağır atletimiz qoşulub.

Körpücük üzərinə ilk olaraq yeniyetmələr arasında 56 kq. çəki dərəcəsində mübarizə aparan Elməddin Hüseynov çıxıb. O, toplam 194 kq. nəticə ilə qrupda 14 idmançı arasında 6-cı yeri tutub.

Gənclər arasında 50 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən yığmamızın üzvü İsmayıl Məmmədov isə birdən 81 kq, təkanla isə 93 kq. ağırlığın öhdəsindən gələrək cəmi 174 kq. nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb. Bu çəki dərəcəsində Avropa çempionatının qızıl və gümüş medallarına rumıniyalı idmançılar İancu İonadi Valentin (180 kq) və Balauta Petrica (174 kq) sahib olublar.

Bu gün keçiriləcək yarışın üçüncü günündə daha üç idmançımız - Səbinə Əzimova (48 kq), Fuqan Əliyev (62 kq) və İsa Rüstəmov (62 kq) medallar uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün ağır atletimiz Rüstəm Qasımov Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırıb.

Son xəbərlər

Orphus sistemi