Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
"Report"un məlumatına görə, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start veriləcək.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.
57 kq
Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR)
59 kq
Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL)
65 kq
1/8 final - Elis Manolova - Kaur Navyot (İND)
76 kq
Səbirə Əliyeva - Eunyu Hvanq (KOR)