Azərbaycanın daha 3 paralimpiya çempionu Bakıya qayıdıb

Azərbaycanın daha 3 paralimpiya çempionu Bakıya qayıdıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.
Fərdi
257
6 Sentyabr , 2021 11:10
Azərbaycanın daha 3 paralimpiya çempionu Bakıya qayıdıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.

"Report"un məlumatına görə, bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi qarşılama mərasimi təşkil edib.

Yarışda 3 qızıl medal qazanan Roman Saley (para-üzgüçü), digər paralimpiya çempionları Vəli İsrafilov (para-üzgüçü) və Orxan Aslanov (para-atlet), 7-ci yerlə kifayətlənən Samir Nəbiyevlə (para-atlet) Əbülfəz Abuzərlini (parataekvondoçu) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Son xəbərlər

Orphus sistemi