Azərbaycanın daha 2 qadın boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib

Azərbaycanın daha 2 qadın boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib Yelena Vıstropovadan sonra Anna Əlimərdanova və Yana Alekseyeva da medalın bir addımlığına yetişib
Fərdi
20 Noyabr , 2014 17:58
Azərbaycanın daha 2 qadın boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib
Bakı. 20 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında keçirilən dünya çempionatında ¼ finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının 3 üzvü medalın bir addımlığına çatıb.

Yelena Vıstropovadan (69 kq) sonra Azərbaycanın daha iki boksçusu – Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva (60 kq) da növbəti mərhələyə yüksəlib. A.Əlimərdanova 1/8 finalda irlandiyalı Mikaella Volşu məğlub edib – 2:0. O, ¼ finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək. Y.Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Onun növbəti rəqibi avstraliyalı Şelli Vatts olacaq.

Qeyd edək ki, ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi