Yuxarı

​Azərbaycanın daha 2 cüdoçusu Almatı Qran-prisində mübarizəyə qoşulacaq

Ölkə idmançıları 73 və 81 kq çəkidə mübarizə aparacaqlar

Bakı. 14 may. REPORT.AZ/ Qazaxıstan paytaxtı Almatı şəhərində keçirilən cüdo üzrə Qran-pridə bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, artıq 81 kq çəkidə çıxış edən Azərbaycanın iki cüdoçusu mübarizəni dayandırıb.

Əbdülhəqq Rəsullu ilk mərhələdə fransalı Alain Skmittə məğlub olub. Ceyhun Babakişiyev isə gürcüstanlı Levan Quqavanı keçə bilməyib.

73 kq-da Vüqar Bayramov ispaniyalı Kiyoşi Uematsu ilə üz-üzə gələcək. Fəqan Quluzadənin rəqibi isə polşalı Damian Şarnovieçki olacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə qadın cüdoçu Aişə Qurbanlı (48 kq), kişilərdə isə Sadiq Məhərrəmov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov və İskəndər Talışınski (66 kq) məğlubiyyətlə üzləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi