​Azərbaycanın cüdo yığması “Böyük dəbilqə” turnirində 58 komanda arasında 5-ci olub

​Azərbaycanın cüdo yığması “Böyük dəbilqə” turnirində 58 komanda arasında 5-ci olub Turnirin qalibi adına Almaniya millisi layiq görülüb
Fərdi
3 Noyabr , 2014 10:07
​Azərbaycanın cüdo yığması “Böyük dəbilqə” turnirində 58 komanda arasında 5-ci olub
Bakı. 3 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan millisi komanda hesabında 58 ölkə arasında 5-ci yeri tutub. “Report”un məlumatına görə, yarışa 10 cüdoçu ilə qatılan yığma 4 medal qazanıb.

Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) isə bürünc medalı milli komandanın aktivinə yazdırıblar.

Qeyd edək ki, turnirin qalibi adına Almaniya millisi (3 qızıl, 2 gümüş, 2 bürünc) layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq Hollandiya (1-2-1), Rumıniya (1-2-1) və Rusiya (1-1-3) yığmaları tutublar.

Son xəbərlər

Orphus sistemi