Yuxarı
    Bağlamaq

    Azərbaycanın cüdo üzrə millli komandası Monqolustanda təlim-məşq toplanışındadır

    Hazırlıq prosesinə zədəli Nicat Şıxəlizadədən başqa yığmanın bütün heyəti qatılıb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplanışa zədəli Nicat Şıxəlizadədən başqa yığmanın bütün heyəti qatılıb. 

    Baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlimlərdə cüdoçular böyük əzmlə çalışırlar. Yüksək səviyyədə təşkil olunan toplanış dekabrın 22-dək davam edəcək. 

    Qeyd edək ki, Azərbaycan cüdoçuları bugünlərdə Çin və Cənubi Koreyadakı Qran Pridə, eləcə də Yaponiyada təşkil olunmuş “Böyük Dəbilqə” yarışlarında medallar qazanıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi