Yuxarı
    Bağlamaq

    Azərbaycanın cüdo hakimi Avropa Kubokunda final görüşünü idarə edib

    Mətin Rəhimli 48 kq çəki dərəcəsində qadınların həlledici görürüşünün əsas hakimi olub

    Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə beynəlxalq dərəcəli hakimi Mətin Rəhimli Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirində final görüşünü idarə edib.

    “Report”un məlumatına görə, M.Rəhimli 48 kq çəki dərəcəsində qadınların həlledici görürüşünün əsas hakimi olub.

    Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub. Yığma üzvləri yarışda ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi