Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci "Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub.
Fərdi
28 Aprel , 2022 14:39
Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci "Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub.

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi