Azərbaycanın bədii gimnastı olimpiadaya lisenziya qazanıb

Azərbaycanın bədii gimnastı olimpiadaya lisenziya qazanıb Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yollanacaq idmançıların sayı 3-ə çatıb
Fərdi
16 Fevral , 2018 09:42
Azərbaycanın bədii gimnastı olimpiadaya lisenziya qazanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın bədii gimnastı Darya Farşbavşəhriyari bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, Farşbavşəhriyari bu nailiyyəti Rusiya paytaxtında keçirilən Moskva Qran-prisində əldə edib. O, hərəkətlərin cəmində 53,50 balla 14-cü yeri tutub. Yeniyetmə gimnast halqa ilə 14.500 bal, topla 13.350 bal, gürzlərlə 14.300 bal, lentlə isə 11.350 bal toplayıb. Bu nəticə isə lisenziya üçün yetərli olub.

Nəticədə Farşbavşəhriyari Azərbaycanı tarixdə ilk dəfə yeniyetmələr olimpiadasında təmsil edəcək bədii gimnast olub.

Qeyd edək ki, daha öncə III Yay Olimpiya Oyunlarında stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmova da iştirak hüququna yiyələnib. Yeniyetmələr olimpiadası bu il oktyabrın 6-dan 18-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi