Azərbaycanın Avropa çempionu: "Çətin olsa da, qələbə qazandım"

Fərdi
  • 16 mart, 2023
  • 08:48
Azərbaycanın Avropa çempionu: Çətin olsa da, qələbə qazandım

"Çətin olsa da, qələbə qazandım".

"Report" xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev deyib.

60 kq-da çıxış edən idmançı ilk dəfə bu çəkidə ölkə çempionatında mübarizə apardığını bildirib: "Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim".

Əliyev yarışa tam hazırlıqlı getdiyini söyləyib: "Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi, amma 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim. Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum".