Azərbaycanın Avropa çempionu: "Çəkim az olsa da, hədəfim qızıl medal idi"

Azərbaycanın Avropa çempionu: "Çəkim az olsa da, hədəfim qızıl medal idi" "Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi".
Fərdi
16 Mart , 2023 22:55
Azərbaycanın Avropa çempionu: Çəkim az olsa da, hədəfim qızıl medal idi

"Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi".

"Report"un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

97 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı çəkisinin az olmasına baxmayaraq, yarışa çempionluq hədəfi ilə yollandığını bildirib: "Çox yaxşı hazırlaşmışdım. Şükürlər olsun, istəyimə nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm".

Qeyd edək ki, Murad Əhmədiyev turnirin finalında macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi