Yuxarı

Azərbaycanın atletləri İslam Həmrəyliyi İdman Federasiyalarının üçüncü çempionatında iştirak edəcək

Ölkəmizi Allahyar Abışov, Məhəmməd Məmmədli, Rauf Nəbiyev, Elşad Şərifov və Həmid Qocayev təmsil edəcəklər

Bakı. 6 mart. REPORT.AZ/ Martın 10-dan 18-dək Antalyada ağır atletika üzrə İslam Həmrəyliyi İdman Federasiyalarının üçüncü çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyindən "Report"-a bildiriblər ki, çempionatda ölkəmizi məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında Allahyar Abışov, Məhəmməd Məmmədli, Rauf Nəbiyev, Elşad Şərifov və Həmid Qocayev təmsil edəcəklər.

Yarışda dopinq yoxlanışı Beynəlxalq Ağır Atletika Federasiyasının qaydaları əsasında aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi