Azərbaycanın 8 cüdoçusu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 8 cüdoçusu Avropa Kubokunda iştirak edəcək Bakı. 6 avqust. REPORT.AZ/ Avqustun 18-də Belarusun paytaxtı Minskdə start götürəcək cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Fərdi
6 Avqust , 2018 13:46
Azərbaycanın 8 cüdoçusu Avropa Kubokunda iştirak edəcək

Bakı. 6 avqust. REPORT.AZ/ Avqustun 18-də Belarusun paytaxtı Minskdə start götürəcək cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

"Report" xəbər verir ki, 2 gün davam edəcək yarışda millinin heyətində 7 kişi və 1 qadın idmançı mübarizə aparacaq. Bunlar İlkin Babazadə, Timur Boyev, Tərlan Kərimov, Elbrus Zamanov (hamısı 66kq), Afiq Səfərli (81 kq), Elmar Qasımov (100 kq), Cəlil Şükürov (+100 kq) və Kristina Jukavetsdir.

Qeyd edək ki, yarışda 36 ölkədən 284 kişi və 108 qadın cüdoçu mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi