Azərbaycanın 36 cüdoçusu Antalyaya yollanır
Fərdi
- 07 yanvar, 2022
- 08:24
Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək.
Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.
Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.
Xatirladaq ki, milli yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə və fevralın 3-də Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə çıxış edəcək.
Son xəbərlər
12:38
"Gəncə" ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
Komanda12:32
Hindistan ABŞ-dən "Javelin" tank əleyhinə raket kompleksləri almağı planlaşdırır
Digər ölkələr12:28
Almaniyada PUA təhlükəsinə görə iki təyyarə digər hava limanlarına yönləndirilib
Digər ölkələr12:21
Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
Fərdi12:19
Foto
Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib – YENİLƏNİB-2
Daxili siyasət12:17
Azərbaycanda 2 faydalı qazıntı yatağı hərrac yolu ilə istifadəyə verilib
Biznes12:16
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Ekologiya12:10
Azərbaycanda 1 milyon 100 min pensiyaçı var
Sosial müdafiə12:09