Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib Onlar finala çıxmaq üçün rusiyalı rəqiblərini üstələməlidirlər
Fərdi
30 Aprel , 2018 15:26
Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanın 3 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində start götürən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un  məlumatına görə, bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Mürsəliyev ardıcıl olaraq italiyalı və polşalı rəqiblərini üstələyib. Abbasov israilli və macarıstanlı rəqiblərindən üstün olub. 

Mübarizəyə 1/4 finaldan başlayan Eldəniz Əzizli isə gürcüstanlı rəqibini mübarizədən kənarlaşdırıb. 

Hər 3 güləşçi yarımfinalda Rusiya təmsilçiləri ilə qarşılaşacaq. 

55 kq

1/2 final. Eldəniz Əzizli - Vasili Topoyev (Rusiya)

1/4 final. Nuqzari Tsurtsumiya (Gürcüstan) - Eldəniz Əzizli

63 kq

1/8 final. Levani Kavjaradze (Gürcüstan) - Taleh Məmmədov - 4:0

77 kq

1/2 final. Elvin Mürsəliyev - Roman Vlasov (Rusiya)

1/4 final. Elvin Mürsəliyev - Matuş Lukaş Volni (Polşa) - 7:2

1/8 final. Elvin Mürsəliyev - Rikkardo Vito Abbreşia (İtaliya) - 12:8

87 kq

1/2 final. İslam Abbasov -Bekxan Ozdoev (Rusiya)

1/4 final. İslam Abbasov - Viktor Lorinç (Macarıstan) - 3:1

1/8 final. İslam Abbasov - Roman Jernovetski (İsrail) - 9:0

130 kq

1/8 final. Vladislav Voronyi (Ukrayna) - Türmən Eyyubov - 3:0

Son xəbərlər

Orphus sistemi