Yuxarı

​Azərbaycanın 3 cüdoçusu Ulan-Bator Qran Prisində mübarizəyə başlayıb

İki cüdoçu bürünc medal uğrunda yarışacaq

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın 3 cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran Pridə mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, ilk yarış günündə Rasim Alməmmədov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Vüqar Şirinli (66 kq) döşək üzərinə çıxıb.

1/4 finaldan mübarizəyə qoşulan Alməmmədov ilk görüşdə rusiyalı Albert Monquşa məğlub olub. Təsəlliverici görüşdə də Rusiya idmançısı ilə üz-üzə gələn təmsilçimiz növbəti dəfə məğlubiyyətlə üzləşib.

Eyni çəkidə çıxış edən Davud Məmmədsoy 1/4 final mərhələsində monqolustanlı Ser-od Nasanyarqalla qarşılaşıb. Mübarizəni məğlub tərk edən Məmmədsoy təsəlliverici görüşdə rusiyalı Maksim Burnaşevə qalib gələrək bürünc medal qazanmaq şansı əldə edib. Həlledici yarışda azərbaycanlı idmançının rəqibi R.Alməmmədovu məğlub edən rusiyalı Albert Monquş olacaq.

66 kq-da isə Vüqar Şirinli Monqolustan idmançısı Erkhembayar Battoktoxa məğlub olub. Təsəlliverici döyüşdə erməni əsilli rusiyalı Paylak Qaloyanı udan Şirinli bürünc medal qazanmaq üçün Sloveniya idmançısı Andraz Jerebidən üstün olmağa çalışacaq.

Qeyd edək ki, Qran Priyə iyulun 3-də yekun vurulacaq. Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi