Azərbaycan kikboksinq millisinin böyük sayda nümayəndə heyəti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün qardaş ölkəyə yola düşüb.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 24 nəfərlik idmançı heyətinə aşağıdakı kikboksçular daxildir:
Low kick: Nihad Tağızadə (51 kq), Mahmud Hüseynov (54 kq), Anar Məmmədov (57 kq), Qiyas Şahmərdanov (60 kq), Arzuman Qədimov (63,5 kq), Qəşəm Məmmədov (67 kq), Rəhim Əliyev (71 kq), Ramal Aslanov (75 kq), Elcan Alkişiyev (81 kq), Bəybala Quliyev (86 kq), Bəhram Rəcəbzadə (+91 kq)
Full Contact: Amil Məmmədov (51 kq), Camal Məmmədov (54 kq), Ramiz Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), Pərvin Heydərov (67 kq), Elxan Əliyev (71 kq), Saqi Salehli (75 kq), Elvin Ağayev (86 kq), Surət Qarayev (91 kq)
Qadınlar: Fəridə Abdullayeva (52 kq), Aysu Devrişova (56 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq)
Nümayəndə heyətinə AKF-in I vitse-prezidenti, milli komandanın kapitanı Ramal Aslanov rəhbərlik edir. Komanda baş məşqçi Elşən Abdulrəhimov, böyük məşqçi Hikmət Hacıyev, məşqçilər Telman Məhərrəmov, Eduard Məmmədov və Mehman Umudovun rəhbərliyi altında mübarizə aparacaq. Azərbaycanı İslamiadada hakim kimi AKF Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov təmsil edəcək.
Qeyd edək ki, İslamiadada kikboksinq yarışları 16- 18 avqustda keçiriləcək.