Azərbaycanın 2 samboçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın 2 samboçusu Avropa çempionatında bürünc medal qazanıb Bakı. 19 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada sambo və döyüş sambosu üzrə Avropa çempionatına start verilib.
Fərdi
19 May , 2018 05:29
Azərbaycanın 2 samboçusu Avropa çempionatında bürünc medal qazanıb

Bakı. 19 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada sambo və döyüş sambosu üzrə Avropa çempionatına start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 2 medal qazanıb. 

68 kq çəki dərəcəsində çıxış edən samboçu Emil Həsənov bürünc medala sahib olub. Eyni əyarlı medala döyüş samboçusu Nəbi Məmmədov da sahib çıxıb. O, 100 kq çəkidə mükafatçı olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi