Azərbaycanın 2 güləşçisi Avropa çempionatının finalına yüksəlib - YENİLƏNİB

Azərbaycanın 2 güləşçisi Avropa çempionatının finalına yüksəlib - YENİLƏNİB Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Fərdi
1 May , 2018 19:24
Azərbaycanın 2 güləşçisi Avropa çempionatının finalına yüksəlib - YENİLƏNİB

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, bunlar Rəsul Çunayev və Murad Məmmədovdur. 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda italiyalı Jacopo Sandrondan üstün olub. 72 kq çəkidə yarışan Çunayev isə gürcü Yuri Lomadzeni mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində belaruslu Viktar Sasunouskiyə məğlub olan Rafiq Hüseynov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Rəsul Çunayev və Murad Məmmədov finalda Rusiya təmsilçiləri ilə üz-üzə gələcək. Çunayev Adam Kurak, Məmmədov isə Sergey Emelinlə qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək. 1/8 final mərhələsində mübarizəni dayandıran Elman Muxtarov isə təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanı sınağa çəkəcək.


***16:43

Azərbaycanın 3 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, bunlar Rəsul Çunayev, Rafiq Hüseynov və Murad Məmmədovdur. Çunayev ardıcıl olaraq türkiyəli, belaruslu, moldovalı və gürcüstanlı rəqiblərini üstələyib. Məmmədov belaruslu və italiyalı rəqiblərindən üstün olub. Hüseynov isə gürcüstanlı və serbiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Daha 2 güləşçiyə gəldikdə, Orxan Nuriyev 1/4 finalda, Elman Muxtarov isə ilk görüşündə uduzub. Rəqibləri hazırda mübarizəni davam etdirdiklərindən, hər iki pəhləvanın bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxma şansları qalır. Məsələyə bu axşam keçiriləcək yarımfinal görüşlərindən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, ilk yarış günündə Eldəniz Əzizli (55 kq) finala yüksəlib, Elvin Mürsəliyev (77 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar da bu gün çıxış edəcəklər.

60 kq

1/2 final. Murad Məmmədov - Jacopo Sandron (İtaliya)

1/4 final. Murad Məmmədov - Maksim Kajarski (Belarus)

67 kq

1/8 final. Elman Muxtarov - Artyom Surkov (Rusiya)

72 kq

1/2 final. Rəsul Çunayev - Yuri Lomadze (Gürcüstan)

1/4 final. Daniel Kataraqa (Moldova) - Rəsul Çunayev - 2:3

1/8 final. Yuri Kankov (Belarus) - Rəsul Çunayev - 0:9

1/16 final. Murat Dağ (Türkiyə) - Rəsul Çunayev 1:4

82 kq

1/2 final Rafiq Hüseynov - Viktar Sasunovski (Belarus)

1/4 final. Zarko Dickov (Serbiya) - Rafiq Hüseynov 1:3

1/8 final. Rafiq Hüseynov - Zurabi Datunaşvili (Gürcüstan)

97 kq

1/4 final. Orxan Nuriyev - Mixeil Kajaya (Serbiya) - 1:3

1/8 final. T.Soost (Slovakiya) - Orxan Nuriyev - 0:8

Son xəbərlər

Orphus sistemi