Azərbaycanın 2 boksçusu beynəlxalq turnirin finalına yüksəlib

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirin finalına yüksəlib Azərbaycanın 4 yeniyetmə boksçusu Özbəkistanın Fərqanə şəhərində İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal görüşünə çıxıb.
Fərdi
23 May , 2022 18:05
Azərbaycanın 2 boksçusu beynəlxalq turnirin finalına yüksəlib

Azərbaycanın 4 yeniyetmə boksçusu Özbəkistanın Fərqanə şəhərində İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal görüşünə çıxıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 50 kq-da Tağı Nəsibov özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı finala yüksəlib.

Onun uğurunu 54 kq-da Məhəmmədəli Aşurəliyev təkrarlayıb. Özbəkistan təmsilçisi Murodulla Sunatullayevdən güclü olan milli üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

Yığmanın digər boksçuları - 57 kq-da yarışan Məhəmmədəli Qasımzadə və 66 kq çəki dərəcəsindəki Ziya Həsənov isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.

Son xəbərlər

Orphus sistemi