Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib Azərbaycanı Minsk 2019 II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.
Fərdi
17 İyun , 2019 14:40
Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda iyunun 21-30-da keçiriləcək yarışda 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcək. 

Qadın boksçuların yarışında isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları “Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti üç gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığma iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

Son xəbərlər

Orphus sistemi