Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq

Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq Bu, 2016-cı il çempionatının bürünc medalçısı Sergey Sirotkindir
Fərdi
21 İyun , 2017 12:50
Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq. “Report”un Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 2016-cı il çempionatının bürünc medalçısı Sergey Sirotkindir.

Rusiyalı pilot “ART Gran Prix” komandasında Aleksander Albonu əvəzləyəcək. O, ötən il Bakıda baş tutan Formula 2 yarışlarının hər ikisində podiuma çıxıb. Bu il S.Sirotkin qələbəyə iddialı olan əsas namizədlərdəndir.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 – 25 iyunda keçiriləcək. Formula 2 yarışı isə iyunun 24-də baş tutacaq. Əksinə - qrid düzülüşü ilə keçiriləcək ikinci yarış isə iyunun 25-də olacaq.

Son xəbərlər

Orphus sistemi