Azərbaycanda ilk dəfə idmançıların reytinq cədvəli açıqlanıb

Azərbaycanda ilk dəfə idmançıların reytinq cədvəli açıqlanıb Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.
Fərdi
211
10 May , 2022 17:13
Azərbaycanda ilk dəfə idmançıların reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, siyahıda 45 idmançı yer alıb.

Reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub.

“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.

Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq. Yəni, idmançının 2023-cü ilin fevralın 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 aydakı (1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq.

Reytinqdə ilk növbədə olimpiadada uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək. Bundan sonra, idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq.

Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış həmkarından daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər.

İdmançıların reytinq cədvəli ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz.

may_2022_reytinq_siyahi.pdf

may-2022reytinq_siyahi_xal.pdf

novler-xal-cedveli.pdf

Son xəbərlər

Orphus sistemi