Azərbaycanda ilin idmançısı adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 10 nəfər yer alıb.
İlin İdmançısı
1. Hacı Əliyev – sərbəst güləşçi (Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)
2. İrina Kindzerska – cüdoçu (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, qadın cüdosunda Azərbaycanın ilk olimpiya medalının sahibi, "World Masters” turnirinin gümüş medalçısı)
3. İrina Zaretska – karateçi (Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)
4. Lamiyə Vəliyeva – para-atlet (Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı)
5. Loren Berto Alfonso Dominges – boksçu (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
6. Mariya Stadnik – qadın güləşçi (Avropa çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
7. Nəriman Abbasov - MMA döyüşçüsü (Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu)
8. Rafael Ağayev – karateçi (Avropa çempionatının və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı)
9. Rafiq Hüseynov – yunan-Roma güləşçisi (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
10. Roman Saley – para-üzgüçü (Tokio-2020 Yay Paralimpiya Oyunlarında para-üzgüçülük üzrə üç qızıl medalın sahibi)
Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.