Azərbaycanda ilin idman xadimi məlum olub

Azərbaycanda ilin idman xadimi məlum olub Azərbaycanda ilin ən yaxşı idman xadimi bəlli olub.
Fərdi
13 Dekabr , 2021 12:36
Azərbaycanda ilin idman xadimi məlum olub

Azərbaycanda ilin ən yaxşı idman xadimi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 41 səslə bütün rəqiblərini qabaqlayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 4 xalla ikinci olub. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov hərəyə 3 səs toplayıblar.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi