"Səbail"lə vidalaşan oyunçu 28 yaşında futboldan getdi

"Səbail"lə vidalaşan oyunçu 28 yaşında futboldan getdi “Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu karyerasını başa vurub.
Fərdi
1647
18 İyul , 2020 22:37
Səbaillə vidalaşan oyunçu 28 yaşında futboldan getdi

“Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu karyerasını başa vurub.

“Report” xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə "Instagram" hesabından məlumat verib.

Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağı qərara alıb.

Oyunçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan futbolçu yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Eltun Yaqublu karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib.

O, 2018/2019 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi