Cüdonun 50 illik yubileyi ilə bağlı Zaqatalada ustad dərsi keçirilib

Cüdonun 50 illik yubileyi ilə bağlı Zaqatalada ustad dərsi keçirilib Azərbaycanda cüdonun yaradılmasının 50 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Zaqatalada ustad dərsi keçirilib.
Fərdi
20 Avqust , 2022 23:04
Cüdonun 50 illik yubileyi ilə bağlı Zaqatalada ustad dərsi keçirilib

Azərbaycanda cüdonun yaradılmasının 50 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Zaqatalada ustad dərsi keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi tədbirdə geniş ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaq və gənclərin mənəvi-fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Ustad dərsi zamanı ACF prezidentinin müşaviri, dünya çempionatının mükafatçısı Natiq Bağırov və Türkiyənin Konya şəhərində bu günlərdə başa çatan İslam Həmrəyliyi Oyunlarının qalibi İbrahim Əliyev müxtəlif cüdo fəndlərini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala sakinlərinə nümayiş etdirib. Bağırov cüdonun mahiyyəti, kəmər bağlama qaydaları haqqında ustad dərsi iştirakçılarına məlumat verib. Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət edilib və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıb.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo üzrə müxtəlif suallar verilib, qalib gələnlərə hədiyyələr təqdim olunub.

ACF ölkədə cüdonun yaradılmasının 50 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində digər şəhər və regionlarında da analoji tədbirlərin təşkilini planlaşdırır.

Son xəbərlər

Orphus sistemi