Rafael Ağayevə millimizdə yeni vəzifə verildi

Rafael Ağayevə millimizdə yeni vəzifə verildi Qurban Tağıyev kişilərdən ibarət milli komandanın baş məşqçisi təyin edilib.
Fərdi
6051
26 Avqust , 2020 11:32
Rafael Ağayevə millimizdə yeni vəzifə verildi
Rafael Ağayev

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın baş məşqçisi təyin edilib.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tağıyev bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib. 

Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir. O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub. 

Son xəbərlər

Orphus sistemi